Bayden Ukraynanın XİN rəhbəri ilə görüşdü

09:49 23.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Co Bayden Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.

 

Hafta.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytı məlumat yayıb.

 

“Prezident Bayden ABŞ-ın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini bir daha təsdiqləmək üçün nazir Kuleba ilə görüşüb”, - məlumatda deyilir.

 

Bayden görüş zamanı ABŞ-ın Ukraynaya təhlükəsizlik və iqtisadi sahələrdə dəstəyini davam etdirəcəyini bildirib.